Azərbaycan millisi yenə uduzdu

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində gürcüstanlı həmyaşıdları ilə növbəti yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, görüş Gürcüstanın 2:1 hesablı qələbəsiylə başa çatıb. Matçda Azərbaycan yığmasının yeganə qolunu 68-ci dəqiqədə Musa Məmmədov vurub.

Bu komandalar arasında iyunun 5-də keçirilən ilk oyunda Azərbaycan millisi 1:2 hesabıyla uduzmuşdu.