“Sabah” “Şukura”ya qalib gəldi

Gürcüstanda təlim-məşq toplanışında olan “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Şukura” ilə qarşılaşıb. Gürcüstan təmsilçisi ilə oyun Azərbaycan klubunun qələbəsiylə yekunlaşıb.

“Sabah” Gürcüstan toplanışında bundan başqa, iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. “Sabah” iyulun 29-da vətənə qayıdacaq.

Yoxlama oyunu

20 iyul

Sabah – Şukura (Gürcüstan) 1:0
Qol
: Xulio Rodriqes, 67.