“Gündoğan yarımmüdafiəmizi xeyli gücləndirəcək” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta almaniyalı futbolçu İlkay Gündoğanın transferindən danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub rəhbəri, Gündoğanın “Barselona”nın oyun fəlsəfəsinə uyğun gəldiyini bildirib:

“Mançester Siti”dən gələn Gündoğan kimi oyunçular bizim fəlsəfəmizə bir qədər uyğun gəlir. Amma məncə, Oriol Romeu kimi oyunçuların üstünlüyü ondadır ki, onlar bu fəlsəfəni mənimsəyiblər.

Gündoğan yarımmüdafiəmizi xeyli gücləndirəcək digər oyunçudur. Gündoğan bizim təklifimizi “Mançester Siti”nin daha yaxşı müqavilə təklifindən üstün tutdu və bu da çox şeyi deyir. Bu o deməkdir ki, klubumuz hələ də etalondur, hansısa mərhələdə parlamamağımıza baxmayaraq, futbolçular hələ də bizə qoşulmaq istəyirlər.

İndi biz “sağalırıq” və futbolçular qələbəyə potensial namizəd olduğumuzu görürlər. Düşünürəm ki, yeni mövsümdə La Liqada dominantlığımızı davam etdirəcəyik və Çempionlar Liqasında iddialılar sırasında olacağıq”.

Gündoğan “Mançester Siti”dən azad agent olaraq “Barselona”ya keçərək, 2+1 şərti ilə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button