“Barselona” rəhbərliyi Gündoğandan üzr istəyib

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan klubun standartlarından narazıdır.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu “Barselona”ya gəldikdən sonra klubun özünə və ailəsinə mənzil, nəqliyyat, digər gündəlik işlərdə kömək etmədiyinə üzülüb. Nəticədə, Gündoğan və ailə üzvləri özlərini “tərk edilmiş” hiss ediblər.

Futbolçunun müvafiq şikayətlə klubla əlaqə saxladığı vurğulanır. Gündoğan Kataloniya təmsilçisinin oyunçularına münasibətdə hansı məqamların yaxşılaşdırılmasının lazım olduğunu qeyd edib. Buna cavab olaraq klub rərbərliyi yaranmış vəziyyətə görə Gündoğandan üzr istəyib.

Gündoğan bu mövsüm La Liqada 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib. 33 yaşlı futbolçu yayda “Barselona” ilə 3 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button