“Göztəpə”də yeni baş məşqçi

Türkiyənin “Göztəpə” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az Super Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Stepan Tomas çalışdıracaq. “Göztəpə” 45 yaşlı xorvatiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalayıb.

Son iş yeri “Rizəspor” olan Tomas baş məşqçi postunda iki gün əvvəl istefaya göndərilən Nestor El Maestronu əvəz edib.

“Göztəpə” hazırda Super Liqada 27 xalla 17-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button