“Geri dönmək bizi həyəcanlandırır”

“Yuventus”un futbolçusu Aaron Remzi koronavirus səbəbiylə dayandırılan çempionatların bərpası ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan uelsli futbolçu, oynamaq üçün səbirsizləndiyini bildirib:

“Avropa futbolu əvvəlki vəziyyətinə qayıtmağa çalışır. Futbolun yenidən başlamasının doğru olduğunu düşünürəm. A Seriyasının və Premyer Liqanın başlaması normaldır və biz futbolçular olaraq, yenidən oynamaq istəyirik. Oyunlar üçün darıxırıq. Geri dönmək bizi həyəcanlandırır”.