“Genqam”ın baş məşqçisindən Zubir açıqlaması

Fransanın “Genqam” klubunun baş məşqçisi Patris Lair “Qarabağ”ın futbolçusu Abdullah Zubirin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “letelegramme.fr” saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis, Zubirlə maraqlandıqlarını təsdiqləyib:

“Qapılarımızı hər kəsə bağlayırıq. Sadəcə Şeyx Traore və Quessuma Fofana komandanı tərk edə bilər. Ali Queddar ilə Yohan Bilinqini icarəyə verməyə çalışırıq. Qarşıdakı günlərdə yaxşı xəbərlərin olacağına ümid edirəm. Bəzi oyunçuları gözləyirəm. Abdullah Zubir və El Hacı Ba bizim maraqlandığımız futbolçulardır, ancaq hələ konkret bir şey yoxdur”.

Ötən ilin yayında Fransanın “Lans” klubundan “Qarabağ”a keçən Abdullah Zubirin Ağdam təmsilçisi ilə 2020-ci ilin iyulunadək müqaviləsi var.