
Azərbaycanın 2026-cı il üçün “İdman səfirləri” müəyyənləşib
Gənclər və İdman Nazirliyinin kollegiya iclasında 2026-cı il üzrə “İdman səfirləri” müəyyənləşib.
Komanda.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped) növbəti il üçün “İdman səfiri” seçiliblər.
“İdman səfirləri” layihəsi ölkədə idmanın təbliği və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



