Gənclər və İdman Nazirliyi idman qurğusuna direktor axtarır

Gənclər və İdman Nazirliyi daha bir idman qurğusuna direktor elanı verib.

Komanda.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-yə direktor vəzifəsinə təkrar sənəd qəbuluna başlanılıb.

Namizədlər ali təhsilli, minimum 6 il iş stajına malik və yaş həddi 55-dək olmalıdır.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Bu vakansiya üzrə daha öncə müraciət etmiş və müsahibəyə dəvət olunmuş namizədlər təkrar sənəd göndərə bilməz.

Müşfiqabad İdman Sağlamlıq Mərkəzi 2010-cu ilin sentyabrın 18-də açılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button