“Deməli, hamımız səhv etmişik” – “Kəpəz”in futbolçusu

“Kəpəz”in gürcüstanlı futbolçusu Georgi Papunaşvili komandanın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az klıubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandasının Premyer Liqada turnir cədvəlinin son pilləsində olduğunu xatırladan 28 yaşlı yarımmüdafiəçi, bu durumdan çıxacaqlarına inanır:

“Səhvlərimiz üzərində işləməli, vəziyyəti düzəltməli və inkişaf etməliyik. Azarkeşlərimiz möhtəşəmdirlər, bizi sevirlər. Bilirəm ki, nəticələrə görə narahatdırlar. Amma geridönüş edəcək və daha yaxşı nəticələr qazanacağıq. Azarkeşlərin hər dəfə adımı səsləmələri olduqca xoşdur. Görünür, mənə böyük inam bəsləyirlər. Ancaq komanda uduzubsa, xüsusi olaraq kimisə yaxşı oyunçu kimi fərqləndirməməliyik. Deməli, hamımız səhv etmişik. Məsuliyyəti dərk edərək nəticə çıxarmalıyıq.

Bura mənim xoşuma gəlir. Hər yerdə isti münasibət bəsləyirlər. Əla bazamız var. Gənc oyunçulara örnək olmaq istəyirəm. Təbii ki, əsas məqsədim komandaya kömək etməkdir. Əlbəttə ki, xoş olmayan durum var. Çünki evdə keçirdiyimiz oyunlarda məğlub olmuşuq. Bu yaxşı hal deyil”.

Hazırda hesabında 5 xal olan “Kəpəz” Premyer Liqanın 9-cu turunda oktyabrın 8-də “Sumqayıt”la səfərdə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button