Elşad Əhmədov razı qalmayıb

Yeni mövsümə hazırlıq çərçivəsində keçirdiyi yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubuna 1:2 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Elşad Əhmədov açıqlama verib.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, mütəxəssis, futbolçularının çıxışdan razı qalmadığını bildirib:

“İlk yoxlama matçını keçirdik. Bu oyunda futbolçuların fiziki hazırlığının hansı vəziyyətdə olduğunu görmək istəyirdik. Bu gün meydançanın yaxşı vəziyyətdə olmaması oyunumuza təsir etdi. Topla daha çox oynamaq istəyirdik, lakin qazonun vəziyyəti buna imkan vermədi. Rəqib də çox istəkli idi. Toplanışda son oyunlarını keçirirdilər. Matçda bütün futbolçulara şans verdik. Ayrı-ayrı epizodlarda razı qaldığım məqamlar olsa da, ümumilikdə oyunumuzdan razı qalmadım. Gələn oyuna kimi çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button