“Gələcəyə dair fikri olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm” – De Byazi

Azərbaycan millisinin yeni baş məşqçisi təyin ediləcəyi gözlənilən Canni De Byazi açıqlama verib.

Komanda.az xəbər verir ki, “DerbyDerbyDerby.it”ə danışan mütəxəssis, AFFA-nın təklifi barədə bunları deyib:

“Ciddi təklifin və federasiya rəhbərlərinin etibarlı olması buranı seçməyimə səbəb oldu. Gələcəyə dair fikri olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm. İlk danışıqlar fevral ayında olmuşdu, lakin sonradan pandemiya başladı və hər şey dayandı. İndi yenidən rahat nəfəs ala bildik və razılıq əldə etdik. Müqavilə 1,5 illik – 2021-ci ilin sonuna qədərdir. Avqustun əvvəlində orda olacam, təəssüf ki, çalışmaq üçün az vaxtım olacaq. Daha çox vaxta sahib olmaq istəyərdim, amma koronavirus hamımızı dayanmağa məcbur etdi. Sentyabrın 5-də Millətlər Liqasının C liqasında ilk oyunumuzu Lüksemburqa qarşı keçirəcəyik. Qrupda Kipr və Monteneqro da var”.

Bakı haqqında da danışan De Byazi, paytaxtla bağlı bunları deyib:

“Bakı möhtəşəm şəhərdir, bir neçə dəfə orda oldum və məni səssiz qoydu. Böyük, aktiv, dinamik şəhərdir, 2 milyon əhalisi var və Xəzər dənizinin sahilində yerləşir. Amma şəhərdə orta əsrlərə aid divarların arasında gəzərkən, gözəllik tapa bilərsiz, bu, həqiqətən möhtəşəmdir. Çox vaxt Bakıda olacam, Albaniyada etdiyim kimi edə bilmərəm. Tiranadan İtaliyaya asanlıqla köçdüm. Bakı ilə əlaqələr daha qarışıqdır, İstanbula, ordan da Bakıya getmək lazımdır.

AFFA Millətlər Liqasında uğurlu çıxış etmək istəyir. Bu, həm də DÇ-2022-yə vəsiqə qazanmaq üçündür. Qrupdakı işimizin çətin olacağını bilirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button