Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

Mayın 11-12-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Komanda.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Bütün ağır atletika sevərlər və media nümayəndələri dəvətlidir.