“Kəpəz”də yeni təyinat

Gəncənin “Kəpəz” klubunda yeni təyinat gerçəkləşib.

Komanda.az xəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, İlham Səmədov klubda uşaq futbolunun koordinatoru vəzifəsinə gətirilib.

Səmədov “Kəpəz”in aşağı yaş qrupları üzrə komandalarına nəzarət edəcək.