Gəncə stadionunun ot örtüyü nə vaxt hazır olacaq? – Açıqlama

“MDB Oyunları başa çatdıqdan dərhal sonra Gəncə şəhər stadionunda ot örtüyünün qurulması prosesinə start verilib”.

Komanda.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.

Nazirliyin əməkdaşı vurğulayıb ki, Gəncənin futbol arenasında davam edən işlər ardıcıllığa uyğun olaraq aparılır:

“Hazırda drenaj və isitmə xətlərinin çəkilməsi, çınqıl-qum qarışığı ilə bərkitmə və digər işlərin icrası davam etdirirlir”.

Mehdiyev əlavə edib ki, ot örtüyünün hazırlanması prosesi tamamlandıqdan sonra, təxminən aprel-may aylarında qazon tam bitib möhkəmlənəcək:

“Artıq bu dövrdən etibarən meydança ideal səviyyəyə çatacaq və oyunların keçirilməsi mümkün olacaq”. (“idman.biz”)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button