
“Gəncə” “Ordu”ya qalib gəldi
Azərbaycan Basketbol Liqasının 18-ci turunda “Gəncə” “Ordu”ya qalib gəlib.
Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan B qrupunun oyununda meydan sahibləri 84:74 hesablı qələbəyə seviniblər.
Turun əvvəlki oyunlarında “Quba” “Lənkəran”ı 95:84, “Şəki” isə “Sumqayıt”ı 104:96 hesabı ilə məğlub edib.
Tura martın 16-da yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



