“Gələcəyin komandasını qurmağa çalışırıq” – De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkü ilə bağlı növbəti dəfə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis “Sportiva” radiosuna açıqlamasında bunları söyləyib:

“Çox çətin qrupa düşdük. 5-ci səbəbtən gəlmişik, qrupun sonuncu komandasıyıq. Amma bunu dəyişdirmək üçün əlimizdən gələni edəcəyik. Turnirə elə də çox olmayan oyunçu qrupu ilə başlayacağıq. Çünki liqada cəmi 8 komanda çıxış edir. Amma 2000, 2001 və 2002-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalarda kifayət qədər yaxşı uşaqlar var. Gələcəyin komandasını qurmağa çalışırıq”.

64 yaşlı məşqçi milli üzvlərinin təcrübəsizlikdən əziyyət çəkdiyini söyləyib: “Çünki beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan keyfiyyət yoxdur. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün futbolçular xarici çempionatlarda özlərinə yer tapmaqda çətinlik çəkirlər”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.