Füzuli Məmmədov: “Neftçi”də son qərarı mən verirəm” – video

Bu gün İdman TV-də “Extra Time” verilişinin növbəti canlı yayım qonağı “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov olub.

Komanda.az xəbər verir ki, İlkin Babanın suallarını cavablandıran mütəxəssis, Donald Gerye, Baqali Dabo, Soni Mustivar və Vangelis Platellasla bağlı məsələlərə də aydınlıq gətirib. O, Talissonla danışıqlar apardıqlarını rəsmən təsdiqləyib.

*Geryedən istədiyimiz cavabı ala bilmədik.
*Heç bir futbolçu “Neftçi”dən üstün deyil.
*Müqaviləsi olan futbolçularla da vidalaşa bilərik.
*Talissonla danışıqlarımız davam edir.
*Həftəsonu məşq etməmək bizə çətinlik yaradacaq.
*”Neftçi”də son qərarı mən verirəm.
*Emin Mahmudov “Neftçi”də böyük hörmət sahibidir.
*Kamran Ağayevlə maraqlanmırıq.