“Üzərimizə düşəni edəcəyik” – millinin kapitanı

Futzal üzrə Azərbaycan millisinin hücumçusu İsa Atayev Avropa çempionatında Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Atayev, matçda qələbə qazanmaq üçün mübarizə aparacaqlarını söyləyib:

“Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir. Biz üzərimizə düşəni edəcəyik.

Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button