AFFA rəhbəri Azərbaycan millisinin futzalçılarını təbrik etdi

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayev federasiyanın saytına fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Abdullayev, bunları deyib:

“Futzal üzrə Azərbaycan milli komandası daha bir uğura imza atmaqla hər birimizi sevindirdi. Moldova milli komandası ilə səfər oyununda qazanılan qələbə, eyni zamanda, seçmə mərhələdə əldə olunmuş ardıcıl dördüncü qələbə oldu. Bu nəticə ilə millimiz artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdi.

Bir ildən çoxdur ki, COVİD-19 pandemiyası bütün dünyada əksər fəaliyyət sahələrinə öz təsirini göstərməkdədir. İdman da bu baxımdan istisna deyil və xüsusilə, sevindirici haldır ki, bütün bu çətinliklərə baxmayaraq, milli komandamız yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək keçirdiyi oyunlarda maksimum nəticə qazanmağa nail olub. Futzal millimizin son 10 ildə göstərdiyi stabillik, vacib turnirlərdə qazandığı qələbələr, final mərhələlərinə vəsiqə qazanması futbol ailəsinin hər bir üzvünü sevindirir. Milli komandamızın növbəti uğurlu çıxışı münasibətilə futzalçılarımızı təbrik edir, seçmə mərhələnin digər oyunlarında və Avropa çempionatının final mərhələsində uğurlar arzu edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button