Yüksək Liqanın oyunu Qubada

Futzal üzrə Yüksək Liqanın 14-cü turu çərçivəsində keçiriləcək “Premier” (Quba) – “Araz” oyununun məkanı müəyyənləşib.

Komanda.az xəbər verir ki, qarşılaşma Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin idman kompeksində keçiriləcək. Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Görüş dekabrın 25-də saat 14:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Yüksək Liqanın debütantı olan əyalət təmsilçisi oyunun Qubada keçirilməsi ilə bağlı Azərbaycan Futzal Federasiyasına müraciət ünvanlamışdı. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button