Çempionlar Liqası: Azərbaycan təmsilçisindən son oyunda heç-heçə

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün son oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” 6-cı qrupda Kosovonun “Liqeni” komandası ilə qarşılaşıb. 12 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Qrupdakı ilk görüşündə Ukrayna “Uraqan”ına 1:2 hesabı ilə uduzan “Araz-Naxçıvan” ikinci oyunda Rumıniyanın “Yunayted Qalati” klubuna qalib gəlib – 5:3. Azərbaycan çempionu bu nəticələrdən sonra qrupdan çıxmaq şansını itirib.

Futzal, Çempionlar Liqası, əsas mərhələ, 3-cü tur

31 oktyabr

Liqeni (Kosovo) – Araz-Naxçıvan 6:6
Qol: Şqipeon Brahimi, 12:05; 33:58. Anton Uka, 19:00-pen. Arben Şkodra, 25:54. Abril Qarsiya, 35:25. Yulian Dias, 39:07 – İsa Atayev, 6:18; 24:30. Felipinyo, 9:09. Maneka, 9:41. Ramiz Çovdarov, 11:15. David Qustavo, 22:49.
Baş hakim: Denis Kutsıy (Ukrayna)

Liqeni: 12. Fidan Qaşi, 5. Arben Şkodra, 6. Abril Qarsiya, 9. Yulian Dias, 11. Sançez Naqles, 2. Fidan Misini, 3. Şqipeon Brahimi, 4. Taulant İsmayili, 7. Valon Brahimi, 10. Dardan Topilla (k), 16. Yakup Ramadani, 17. Anton Uka.
Baş məşqçi: Şpend Brahimi.

Araz: 1. Emin Kürdov, 6. David Qustavo, 9. Maneka, 14. Murilo Borges, 17. Felipinyo, 12. Rövşən Hüseynov (k), 13. Amir Şocaei, 11. Xətai Bağırov, 15. Hadi Ahmadi, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button