Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gəlib.

Millimiz 6-cı, Gürcüstan yığması isə ilk dəfə final mərhələsində iştirak edir. Amma debütantla matç komandamız üçün uğursuz alınıb. İlk hissəni 2:1 hesabıyla öndə bitirməsinə baxmayaraq, ikinci yarıda iki qol buraxan futzalçılarımız sonda meydanı xalsız tərk ediblər.

AÇ-2022, D qrupu

22 yanvar

Gürcüstan – Azərbaycan 3:2
Qol: Elisandro, 9:31. Arçil Sebiskveradze, 26:54. Tales Feyto, 31:30-pen – Rafael Vilela, 5:14; 6:26.
Hakimlər: Sedrik Pelissye (Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya).
Timekeeper: Vedran Babiç (Xorvatiya).
Qroningen, Martini Plaza. Saat 17:30.

Gürcüstan: 1. Zviad Kupatadze (k), 2. Çaqinya, 10. Roninyo, 16. Tales Feyto, 19. Elisandro, 12. Tornike Bukiya, 20. Petri Branko, 6. Villian Lourenço, 9. İrakli Todua, 7. Şota Topuriya, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 5. Georgi Qavtadze, 8. Vaxtanq Kekeliya.
Baş məşqçi: Avtandil Asatiani.
Azərbaycan: 1. Emin Kürdov, 6. Eduardo Borges, 2. Felipinyo, 3. Bolinya, 10. Vassura, 8. Rizvan Fərzəliyev (k), 5. Fineo De Arauxo, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 14. Hadi Ahmadi, 9. Rafael Vilela.
Baş məşqçi: Joze Alesio Da Silva.