Azərbaycan millisinin sabiq baş məşqçisi vəfat etdi

Futzal üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Professor” ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində Azərbaycan millisinin baş məşqçisi olub. Yığma ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.