Futzal Olimpiya Oyunlarının proqramına daxil edildi

Beynəlxalq Olimpiya Komitəsi 2022-ci ildə Seneqalın paytaxtı Dakarda təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının proqramına futzalı da əlavə edib.

Komanda.az xəbər verir ki, qərara əsasən, 28 idman növündən biri də futzal olacaq.

Burada da həm oğlanlardan, həm də qızlardan ibarət milli komandalar yarışacaq. Gender bərabərliyini təmin edən komitə ilk dəfə olaraq komandaların sayının bərabər olmasına qərar verib. Yəni, həlledici mərhələdə 10 oğlan və bir o qədər də qızlardan ibarət milli yarışacaq.

Qeyd edək ki, BOK ilk dəfə 4 il əvvəl – Buenos Ayresdə keçirilən oyunların proqramına futzalı da daxil etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button