Azərbaycan kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb

Futzal üzrə Azərbaycan kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb.

Komanda.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki qarşılaşma aprelin 25-də baş tutacaq.

İlk olaraq saat 15:00-da “Neftçi” İK və “Baku Fire” güclünü müəyyənləşdirəcəklər. Saat 18:00-da isə “Araz Naxçıvan” – PFL görüşü baş tutacaq.

Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button