“Futbolda mümkünsüz heç nə yoxdur” – Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Pis oynadığımızı düşünmürəm. Epizodları məntiqli sonluğa çatdıra bilmirdik. Rəqib bizi əks-hücumda tutmağa çalışırdı. Bir şansları oldu və ondan da yararlandılar. Növbəti görüşə hazırlaşacağıq. Cavab matçında iki top fərqi ilə qalib gəlməliyik. Futbolda mümkünsüz heç nə yoxdur.

Yerli oyunçularla bağlı problemlərimiz var. Eddi İsrafilov zədələndi, Azər Salahlı isə tempi eyni səviyyədə qoruya bilmir. Sonradan qarşılaşmaya qoşulanların pis oynadığını düşünmürəm. Ümid edirəm ki, Eddinin zədəsi ciddi olmayacaq.

“Qarabağ”a 0:4 hesablı məğlubiyyət komandaya təsir etməməlidir. Kifayət qədər keyfiyyətli futbolçularımız var. İnanıram ki, hər şey gələcəkdə daha yaxşı olacaq. Növbəti oyunlara köklənməliyik. Futbolçularımıza inanmalıyıq. Premyer Liqa matçlarında da qalib gəlməliyik. Komandamız ölkə kubokunda da mərhələ keçməlidir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button