“Futbolda hər zaman nəticə tələb olunur, amma…” – Matiç

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Nemanya Matiç komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, serbiyalı futbolçu, hazırkı heyətdə kifayət qədər təcrübə olmadığını deyib:

“Komandanın səviyyəsi və təcrübəsi titul qazandırır. Bizim hazırkı heyətimizin müəyyən dərəcəsi, səviyyəsi var, amma təcrübəsi yoxdur. Komandada 5 və ya 6 yaxşı futbolçumuz var, amma onlar da gəncdirlər. Məsələn, Markus Reşford, Antoni Marsial və başqaları. Onlar öz səviyyələrini meydanda göstərə bilirlər, amma komandaya liderlik etmək üçün cavandırlar.

“Mançester Yunayted”in layihəsi var, kub gənc futbolçularla nəyə nail olmaq istədiyini bilir. Amma bunun üçün vaxta ehtiyac var. Çünki 17 yaşında 26-27 yaşındakı kimi oynamaq mümkünsüzdür. Futbolda hər zaman nəticə tələb olunur, amma azarkeşlər səbrli olmalıdırlar. Əminəm ki, bu futbolçular gələcəkdə “Mançester Yunayted”i lazım olduğu yerə qaytaracaqlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button