“Beşiktaş”ın fransalı futbolçusu Kevin Nkudu klubdan şikayətçi olub.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu klubun ona olan borcları səbəbiylə bu addımı atıb. Bu məqsədlə, o, FİFA-ya şikayət edib. Futbolçunun menecerinin CAS-a da (İdman Arbitraj məhkəməsi) müraciət edəcəyi bildirilir.
Nkudu klubun ona 247 min 500 avro ödəməli olduğunu iddia edir. Araşdırmalardan sonra bu məbləğin 180 min avro təşkil etdiyi müəyyənləşib.