“Bu, bəhanə kimi səslənir, amma elə deyil” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, heyətdə olan problemlər barədə danışıb:

“Bu mövsümkü kimi çox zədəlimiz oldumu, bilmirəm. Futbolçuların zədələnməsi çox çətin vəziyyətə yol açdı. Bu, bəhanə kimi səslənir, amma elə deyil. Vəziyyətimiz o qədər çətindir ki, çempion olsaq, inanılmaz hiss keçirəcəyik. Biz keçənilki komandayıq, amma şərtlər dəyişib”.