“Futbolçuların əzmkarlığı məni qane etdi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın 6-cı turunda “Qarabağ”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Abbasov 0:2 hesabıyla bitən görüşü belə belə şərh edib:

  • Futbolçuların əzmkarlığından razı qaldım. İlk hissədə tapşırıqları yerinə yetirdilər. Təəssüf ki, son saniyələrdə qol buraxdıq. Futbolçuların taktiki oyunu, əzmkarlığı məni qane etdi. Gənc futbolçuların belə rəqibə qarşı oynaması onların xeyrinədi. Qarşıdakı oyunlara hazırlaşacağıq.
  • Amil Yunanovun yerinə Mahir Emreli kimi futbolçunuz olsaydı, yaxşı oyun qolla nəticələnə bilərdimi?
  • Bu gün rəqibin futbolçuları haqda danışmaq düzgün olmaz. Belə komandalarla oyunda 1-2 şansın olur. Onu dəyərləndirməlisən. Bizdə bu, olmadı. Əlimizdə olan futbolçular bunlardı.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button