“Bu, inanılmaz oyun idi” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul”la oyunda (3:1) qazandığı qələbəni şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, komandanın çıxışını yüksək qiymətləndirib:

“Bu, inanılmaz oyun idi. Futbolçularımızın çıxışı və stadionda yaratdığımız ab-hava bu mövsüm gördüyüm ən yaxşısıdır. Düşünürəm ki, uşaqlar meydanda əllərində olan hər şeyi verdilər, oyuna ürəklərini və ruhlarını qoydular. Mən bununla fəxr etməyə bilmərəm, çünki bu komandanı məğlub etməyin nə qədər çətin olduğunu bilirəm. Bir az enerji topladıq, komanda yaxşı çıxış edir, bunun üçün çalışmalıyıq, qarşıda bütöv bir mövsüm var”.

23 oyundan 49 xal toplayan “Arsenal” Premyer Liqada ikinci pilləyə yüksəlib. “Liverpul” 23 oyundan sonra 51 xalla turnir cədvəlinin birinci pilləsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button