“Futbolçularımdan daha artığını gözləyirdim” – Pirlo

“Yuventus”un baş məşqçisi Andrea Pirlo UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Ferentsvaroş”la oyundan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 2:1 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirən Pirlo, hücumçu Paulo Dibalanın vəziyyətinə də toxunub:

“Oyuna fərqli başlamağı düşünmüşdük, amma asan görünən komandayla matçda çətinliklər yaşayacağımızı bilirdik. Futbolçularımdan daha artığını gözləyirdim. İlk hissədə sürətli hücumlar etmədik. “Ferentsvaroş” kimi komandalarla oyunda doğru zamanda hücum etməlisən. Əks halda, rəqib daha təhlükəli olur.

Dibala da ideal oyununu göstərə bilmədi. O, zədə almışdı və ideal formaya qayıtması üçün zamana ehtiyac var. Bunun üçün o, çox çalışmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button