İsveçrə millisinin yeni baş məşqçisi açıqlandı

Futbol üzrə İsveçrə milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Murat Yakına tapşırılıb. Türk əsilli mütəxəssislə müqavilə DÇ-2022-nin sonuna qədər nəzərdə tutulub.

Murat Yakın bu vəzifədə Vladimir Petkoviçi əvəzləyib.

Son olaraq İsveçrənin “Şaffhauzen” komandasına rəhbərlik edən Murat Yakın daha əvvəl İsveçrənin “Bazel”, “Sion” və Rusiyanın “Spartak” (Moskva) komandalarında baş məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button