AÇ-2020: Türkiyənin qrupdan çıxma və çempionluq şansı nə qədərdir?

Futbol üzrə AÇ-2020-də iştirak edəcək komandaların qrupdan çıxma və çempionluq şansları qiymətləndirilib.

Komanda.az xəbər verir ki, “Gracenote” nəşri bununla bağlı araşdırma aparıb. Aşardırmaya əsasən, turnirin favoriti Belçika və İngiltərə milli komandalarıdır. Belçikanın və İngiltərənin çempionluq şansları bərabərdir.

A qrupunda yer alan Türkiyə yığmasının qrupdan çıxması ehtimalı 46 faizdir. Qrupda İtaliya və İsveçrə yığmasının şansları daha üstündür. Araşdırmaya əsasən, İtaliya 95, İsveçrə isə 71 faiz qrupdan çıxacaq.

Türkiyə yığmasının AÇ-2020-də çempion olmaq şansı faizlə 1-ə bərabərdir.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button