Qətər millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı FOTO

Futbol üzrə Qətər milli komandasının DÇ-2022-nin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Feliks Sançes 28 futbolçuya dəvət göndərib. Bu barədə Qətər Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Qətər yığması martın 24-də Lüksemburq, 27-də Azərbaycan, 30-da isə İrlandiya ilə qarşılaşacaq. Hər üç oyun Macarıstanda keçiriləcək.