Xavi məşqçi kimi 5-ci kubokunu qazandı

Futbol üzrə Qətər kubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, həlledici görüşdə “Əl Duhail” və “Əl Sədd” komandaları üz-üzə gəlib. Görüş “Əl Sədd”in 2:0 hesablı qələbəsiylə başa çatıb.

“Əl Sədd”i “Barselona”nın sabiq futbolçusu Xavi çalışdırır. İspan mütəxəssis, məşqçi karyerası ərzində 5-ci kubokunu qazanıb. 2019-cu ilin mayından “Əl Sədd”i çalışdıran Xavi bu titulların hamısına Qətər klubunda yiyələnib.