Xavi Qətər çempionu oldu

Futbol üzrə Qətər çempionatında mövsümün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Əl Sədd” klubudur. “Barselona”nın sabiq futbolçusu Xavinin rəhbərlik etdiyi kollektiv çempionatda sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Əl Sədd” 18 turdan sonra 50 xalla liderdir və ən yaxın izləyicisi “Əl Duhail”i 13 xal qabaqlayır.

Xavi 2019-cu ilin mayından “Əl Sədd”i çalışdırır.