İsrail çempionu bilindi

Futbol üzrə İsrail çempionatında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, 36 turdan sonra 79 xal toplayan “Makkabi” (Hayfa) İsrail çempionatının qalibi olub. Komanda ən yaxın izləyicisi Təl-Əviv “Makkabi”sini 4 xal qabaqlayıb.

“Makkabi” klub tarixində 13-cü dəfə İsrail çempionu olub.