Premyer Liqa: İki nəfərdə koronavirus aşkarlandı
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Məlumatda, 20 klubda bütovlükdə 1200 nəfərin testdən keçdiyi bildirilib. Testlər nəticəsində 2 nəfərdə koronavirus aşkarlanıb. Bu şəxslərdən biri “Norviç” klubunun üzvüdür. Digəri isə hələ məlum deyil.
Koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də başlayacaq. Oyunlar azarkeşsiz keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin