Premyer Liqada koronavirusa 2 yeni yoluxma

Futbol üzrə İngiltərə Premyer Liqasında daha 2 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 1-7 fevral aralığında 2970 nəfərdən götürülən koronavirus testindən ikisinin nəticəsi pozitiv olub.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.