“Səbail” rəsmisinin stadiona girişinə qadağa qoyuldu – 15 oyunluq

Futbol üzrə Gənclər Liqasının (16 yaşadək futbolçular arasında Azərbaycan çempionatı) ROFM – “Səbail” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, matçın 30-cu dəqiqəsində “Səbail” komandasının rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir edib.

AFFA İntizam Komitəsi Hüseynovun hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyub.