Fransa kubokunda 1/4 final mərhələsinin püşkü atıldı

Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, “Lion” bu turda “Monako”ya rəqib olub. Turnirin son qalibi PSJ isə “Anje” ilə qarşılaşacaq.

1/4 final mərhələsinin oyunları 20 və 21 apreldə keçiriləcək.

Fransa kuboku, 1/4 final mərhələsi

Lion – Monako
PSJ – Anje
Kane Russiyon – Monpelye
Ryumiyi-Valer – Tuluza