Milli komandanın 5 üzvü yoxa çıxdı

Futbol üzrə Eritre milli komandasının 5 üzvü turnir üçün yollandıqları Uqandada itkin düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşadək futbolçulardan ibarət Eritre millisinin üzvü olan 5 oyunçu Jinja şəhərində yoxa çıxıb.

Şərqi və Mərkəzi Afrika Futbol Federasiyaları Assosiasiyası (CECAFA) 5 eritreli futbolçunun itkin düşdüyünü təsdiqləyib. Uqanda polisi hazırda itən oyunçuların axtarışını davam etdirir.

Beş oyunçunun bilərəkdən yoxa çıxdığı iddia olunur. Buna səbəb, daha əvvəl də Eritredəki həyat şəraitindən narazı olan futbolçuların, müxtəlif turnirlər üçün yollandıqları Uqanda, Keniya, Anqoladada yoxa çıxmaları, daha sonra isə getdikləri və ya digər qonşu ölkələrdən sığınacaq tələb etmələridir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button