4-cü dəfə ölkə kubokunu qazandılar

Futbol üzrə Braziliya kubokunun qalibi məlum olub.

Komanda.az xəbər verir ki, ikinci final matçında “Palmeyras” “Qremio”nu 2:0 hesabıyla məğlub edərək, kuboku qazanıb. Komandalar arasındakı ilk oyunda da “Palmeyras” 1:0 hesablı qələbə qazanmışdı.

“Palmeyras” klub tarixində 4-cü dəfə ölkə kubokunu qazanıb.