Milli komandada yeni baş məşqçi

Futbol üzrə Belarus milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Mixael Marxellə tapşırılıb. Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Marxellə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Belarus millisində bir müddət əvvəl baş məşqçi İqor Kriuşenko vəzifəsindən ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button