Azərbaycan millisi Qətərə də uduzdu

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Qətər yığması ilə qarşılaşıb. Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

UEFA DÇ-2022-nin seçmə mərhələsində Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə oyunlar yoxlama xarakterlidir. Azərbaycan yığması ilk oyunda Portuqaliyaya 0:1 hesabıyla uduzmuşdu. Təəssüf ki, millimiz Qətərlə oyundan da məğlub ayrılıb. Hesabı futbolçularımız açsa da, ikinci hissədə iki qol buraxan komandamız meydanı məğlubiyyətlə tərk edib.

Yoxlama oyunu

27 mart

Qətər – Azərbaycan 2:1
Qol: H.Əl-Haydos, 55-pen; 58 – R.Şeydayev, 16-pen.
Baş hakim: İvan Kruzliak (Slovakiya)
Macarıstan, Debretsen. “Nadyerdei” stadionu

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaaeldin, 10. Hassan Əl-Haydos (k), 15. Bassam Hisham Əl-Ravi, 16. Bualem Xuxi, 18. Homam Elamin, 19. Ali Almoez, 20. Abdullah Abdulsalam, 23. Al Haj Madibo.
Ehtiyat oyunçular: 21. Mahmud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatim, 8. Tameem Hatem, 9. Moayed Hassan Fedaili, 10. Mosaab Xoder, 11. Mohammed Muntari, 12. Karim Budiaf, 14. Salem Əl-Hajri, 17. İsmail Məhəmməd.
Baş məşqçi: Feliks Sançes.
Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşqın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 22. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 3. Amil Seydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namiq Ələsgərov.
Baş məşqçi: Canni De Byazi.