Lider xal itirdi, “Qarabağ” “Neftçi”yə uduzdu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçirilib. Açılış matçında “Sabah-2” MOİK-lə qarşılaşıb. 4 qolun vurulduğu matçda “Sabah-2” inamlı qələbə qazanıb. “Zaqatala” doğma meydanda “Kəpəz”dən üstün olub, lider “Turan Tovuz” isə “Keşlə-2” ilə bacarmayıb.

Turun son matçında “Neftçi-2” ilə “Qarabağ-2” üz-üzə gəlib. Görüş “ağ-qaralar”ın minimal hesablı qələbəsiylə başa çatıb.

Birinci divizion, 12-ci tur

11 fevral

Sabah-2 – MOİK 3:1
Qol:
Samir Məhərrəmki, 33. Ramin Məlikov, 77-avtoqol. Kamran Quliyev, 81 – İlyas Səfərzadə, 45+2.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Tərlan Talıbzadə, İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00

Zaqatala – Kəpəz 2:0
Qol:
Xəqani Sadıxov, 4. Aleksandr Şemonayev, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Kərimov, Elmin Süleymanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala şəhər stadionu, 14:00

Turan Tovuz – Keşlə-2 0:0
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tovuz şəhər stadionu, 14:00

Qaradağ Lökbatan – Sumqayıt-2 1:0
Qol:
Elnur Səmədov, 44.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu, 14:00

Neftçi-2 – Qarabağ-2 1:0
Qol:
Rauf Hüseynli, 45+2-avtoqol.
Qırmızı vərəqə: Tolqar Yaqubov, 27. (“Qarabağ-2”)
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Kərim Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Asif Əliyev
“Neftçi”nin bazası (4-cü meydança), 15:00