Futbol həm də, istedad deməkdir, amma… – Solari

Çempionlar Liqasının 1/16 final mərhələsində “Ayaks”la qarşılaşacaq “Real”ın baş məşqçisi Santyaqo Solari açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, komandasını çətin oyunun gözlədiyini deyib:

“Çempionlar Liqasının bütün mərhələlərində olduğu kimi, bu oyun da çətin keçəcək və “Real” növbəti mərhələyə çıxmaq üçün mübarizə aparacaq. “Ayaks” hər zaman gənc, istedadlı futbolçulara malik olub və hücum futboluna olan bağlılığı ilə tanınıb”.                 

Argentinalı mütəxəssis məşqçi kimi fəlsəfəsindən də danışıb:

“Futbol ilk növbədə xəyal və illuziyanı yaradan vasitədir. Uşaq olduğunuzda böyük klublarda oynamağı, peşəkar futbolçu olduğunuzda isə Çempionlar Liqasını, dünya çempionatını qazanmağı xəyal edərsiz. Bəzən bu xəyallar gerçəkləşməz. Belə hallarda futbol sizi ayağa qalxmağa, yenidən başlamağa, özünüzü toparlamağa məcbur edir və sizə hər oyunda yenidən şans verir. İdmanın əsas dəyərləri var: təvazökarlıq, fədakarlıq və həmrəylik. Çünki futbol həm də, istedad deməkdir, amma bu istedad hər zaman komandaya xidmət etmək üçün istifadə olunmalıdır”.                                 

“Ayaks” – “Real” qarşılaşması fevralın 14-də keçiriləcək.   

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button