“Bu, mənim üçün fantastik bir şansdır” – “Milan”ın yeni baş məşqçisi

İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi Marko Campaolo açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, futbol fəlsəfəsindən və növbəti mövsüm üçün planlarından danışıb:

“Bu, mənim üçün fantastik bir şansdır. Mən bu şansdan istifadə edərək, bir çox iş görə bilərəm. “Milan”ın tarixi göstərir ki, klub nəticə ilə yanaşı, futbolun gözəlliyinə və estetikasına da böyük önəm verir. Bu klub çox böyük futbol mədəniyyətinə malikdir.

Mən keçmişdəki “Milan”la öz işimi müqayisə etmək istəmirəm, futbol bizim əsas məqsədimizdir. Əsas fikrimiz çox maraqlı oyun göstərmək və bunun sayəsində uğur qazanmaqdır”.